Internet Engineering Task Force (IETF)

Internet mühəndisliyi işçi qrupu – Internet-standartları və protokolları RFC sənədlərində təsvir edən fərdi mütəxəssislərin beynəlxalq təşkilatı.
International Organization for Standardization (ISO)
Internet Keyed Payments Protocol
OBASTAN VİKİ
Internet Engineering Task Force
IETF(Internet Engineering Task Force; azərb. İnternet mühəndisliyi üzrə xüsusi komissiya‎) – İnternetin arxitekturası və protokolların inkişafı ilə məşğul olan layihəçilərin, şəbəkə operatorlarının və provayderlərin açıq beynəlxalq cəmiyyəti. 1986-cı ildə IAB (Internet Architecture Board) tərəfindən yaradılıb. Bütün texniki işlər IETF-in konkret mövzularla (məsələn, marşrutlama, verilənlərin nəqli, təhlükəsizlik və s. məsələlərlə) məşğul olan işçi qruplarında həyata keçirilir. Əsas işlər poçt göndərişləri vasitəsilə aparılır, ancaq ildə üç dəfə IETF-in toplantısı keçirilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Task bar
Kompüter elmlərində tapşırıqlar paneli (ing. taskbar) monitorun aşağı hissəsində hazırda fəaliyyətdə olan açıq əməliyyatları və lazım olan proqramların, həm də ən vacib və ən zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq mövcud olurlar, qalanları isə sonrada əlavə etmək olar. 1995-ci ildən etibarən bu panel istifadəçi interfeysinin kompüterdə ayrılmaz hissəsinə çevrilib.
Software engineering
Proqram təminatı mühəndisliyi və ya Proqram mühəndisliyi - sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir Proqram mühəndisliyi təkcə proqram təminatının texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məslələrlə də məşğul olur. Bundan əlavə, proqram mühəndisliyinin əsas məqsədlərindən biri də proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, yaradılması, idarə edilməsi ilə maraqlanan sahədir. İlk dəfə 1968-ci ildə NATO-nun keçirdiyi proqram təminatı mühəndisliyi konfransında bu termindən istifadə edilib. İEEE tərəfindən proqram təminatı mühəndisliyi barədə "Software Engineering Body of Knowledge" (SWEBOK) nəşr olunub. Proqram təminatı mühəndisliyi dinamik şəkildə dəyişən peşə sahəsidir. Aparat platformalarının fasiləsiz şəkildə inkişaf etməsi, eyni zamanda, onların sənaye və istehsalatın müxtəlif sahələrində tətbiqinin getdikcə artması proqram təminatına olan tələbatı daha da artırır. Bununla yanaşı, proqramlaşdırma texnologiyaları da dayanmadan inkişaf edir. Minlərlə proqramlaşdırma dili mövcud olduğuna görə bu dillər üçün müxtəlif kitabxanalar, modullar, işlənilmə mühiti və s.
Delta Force
1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası-Delta (ing. 1st Special Forces Operational Detachment-Delta - 1st SFOD-D) geniş yayılmış adları ilə Delta , Delta Force və ya Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən Combat Applications Group (Mübarizə Tətbiqləri Qrupu) olaraq adlandırılan, elit Special Operations Force (SOF) (Xüsusi Əməliyyat Qüvvələri) və Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (JSOC) təşkilatını tamamlayan ünsürdür. ABŞ Ordusu - (US Army) ABŞ Hərbi Dəniz Qüvvələrindəki həmkarı, US Navy DEVGRU ilə birlikdə 2 birinci səviyyəli (Tier 1) antiterror və xüsusi missiyalar dəstəsidir. Delta Force ən yaxşı xüsusi operatorlardan və xüsusi olaraq hazırlanmış və diqqətlə seçilmiş ordunun əsgərlərindən ibarətdir. Delta Forcenin əsas vəzifəsi terrorla mübarizə, üsyan əleyhinə mübarizə aparmaq və milli vasitəçilik əməliyyatları olsa da, bu gizli missiyalar daxilində bir çox gizli tapşırıqları yerinə yetirən son dərəcə çevik bir təşkilatdır. Bu gizli tapşırıqlara girovları xilas etmək, basqın etmək və gizli düşmən qüvvələrini aradan qaldırmaq daxildir. Vyetnam müharibəsinə qədər ABŞ Xüsusi Qüvvələri ABŞ ordusunun Xüsusi Əməliyyat Qüvvələri, sadəcə olaraq qeyri-nizami döyüşlərə köklənmişdi, Vyetnam müharibəsindən sonra keçmiş Yaşıl Beret zabiti olan Charles Beckwith İngilis Xüsusi təyinatlıları olan SAS ilə ortaq bir əməliyyatdan geri qayıtdıqdan sonra komandirlərinə 22-ci SAS Birliyi kimi “Bizə yalnız Təlimçilər deyil (Qeyri-nizami müharibə ilə əlaqədar olaraq), həm də təcrübəçilər lazımdır” düşüncəsini təqdim etdi və daha elit antiterror və birbaşa əməliyyat qrupu olan Xüsusi Missiya Bölməsini - Delta Forceni qurdu. İlk bölmələr 1978-ci ildə yaradıldı. İlk əməliyyatları İranda girov saxlanılan diplomatları xilas etmək tapşırığı olan Qartalın Pəncəsi əməliyyatı idi. Bu əməliyyatlardakı çatışmazlıqlar əsasında hava dəstəyi üçün 160-cı Xüsusi Əməliyyat Aviasiya Polku yaradılmışdır.
Force India
Force India-Formula-1 komandası. Hindistanlı iş adamı Vijay Mally Spiker komandasını satın aldıqdan sonra 2007-ci ilin oktyabr ayında yaradılıb.2009-cu ildə Belçika Grand Prix'inde Giancarlo Fisichella komandanın ilk polunu qazandı və yarışda Ferrari'den yalnız Kimi Raikkonenin gerisində ikinci sırada iştirak etdi. == Formula 1 == === 2008. Komandanın debüt mövsümü === Monako Qran Prisində Force India 2008-ci ilin mövsümündə xal qazana biləcək yeganə şansa sahib idi. Yarışın başlamasına qədər yağış yağdı. Yarışın gedişində bir çox sürücü səhv edilərkən, çoxları qəzaya düşdü və ya yanlış strategiyanı seçdi.Adrian Sutil yarışa demək olar ki, qüsursuz qalmışdı və yarışın sonunda dördüncü yerdədir və ciddi üstünlüklərə sahib idi. Ancaq kazadan sonra Niko Rosberq yolda təhlükəsizlik avtomobilini buraxdı. Yarışların yenidən başlamasından əvvəl yarışçılar arasında boşluqlar azaldı, Adrian Sutil Ferrari sürücüləri Felipe Massa və Kimi Rəykkönen arasında idi.Adrian Sutil yarisi boksda tamamladi. Oktyabrın 17-də təşkil edilən mətbuat konfransında Vijay Malia, komandanın ortağı olan Adrian Sutil və Giancarlo Fisichella ilə 2009 mövsümündə müqavilələrin uzadılması mövzusunda razılaşdı. === McLaren Mercedes ilə əməkdaşlıq === 2008-ci ilin sentyabrında ilk məlumata görə, Hindistan komandası gələn mövsümdə motorların təchizatçısını dəyişə bilərdi, Ferrari xidmətindən imtina etdi [10].
Opposing Force
Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə‎) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır. Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir. Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir. 2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır. Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur.
Tiger Force
"Tayger Fors" (ing. Tiger Force; hərf. "Pələng" dəstəsi) — ABŞ ordusunun xüsusi hərbi hissəsi. Vyetnam müharibəsi zamanı mövcud olmuşdur. Partizanlar ilə mübarizə aparmaq üzrə ixtisaslaşmışdır. 1967-ci ildə bir sıra hərbi cinayətlərdə iştirakı ilə şöhrət qazanmışdır. ABŞ jurnalistləri Maykl D. Sallah və Mitç Vayss hərbi birləşmənin törətdiyi müharibə cinayətlərini tədqiq etmişdir. Vyetnam Xarici İşlər Nazirliyi Sallah və Vayssin tədqiqatının dərcindən dərhal sonra ona cavab vermək niyyətində olmadığını bildirmişdi. 2006-cı ildə Sallah və Veyssin araşdırmaları haqqında «Tiger Force: A True Story of Men and War» adında kitab buraxılmışdır. Статьи о «Тайгер Форс» в «Толедо Блэйд» (ing.) John Kifner.
Special Force
Special Force (azərb. Xüsusi qüvvələr‎) — Livan silahlı qruplaşması olan "Hizbullah" Mərkəzi İnternet Bürosu tərəfindən 2003-cü ildə istehsal olunan birinci şəxs atıcı. Videoyun "Hizbullah" və İsrail arasında baş tutmuş Cənubi Livan münaqişəsindən döyüşləri canlandırır, oyunçu İsrail əsgərlərini məğlub etmək vəzifəsi daşıyan "Hizbullah" döyüşçüsü rolunu oynayır. "Hizbullah" bu oyunu yaratmaq ideyasını 2000-ci ildə münaqişə sona çatdıqdan çox keçməmiş formalaşdırmış, iki ildən artıq müddətdə "Hadeel" şirkəti ilə birlikdə istehsal etmişdir. "Special Force" 2003-cü ilin fevralında bir neçə ərəb ölkəsində buraxılmış və sentyabr ayına qədər 18,000 kopyası satılmışdır. Təbliğat və hərbi xidmətə cəlb etmə vasitəsi kimi qiymətləndirilən videooyun yəhudi təşkilatları və İsrail rəsmiləri tərəfindən pislənmişdir. Bu, "America's Army" kimi videooyunların rolları dəyişdirilmiş forması qeyd edilmiş, köhnəlmiş texnologiyası ilə diqqət çəkmişdir. 2006-cı ildə eyni tərəflər arasında baş vermiş Livan müharibəsinə əsaslanan "Special Force 2: Tale of the Truthful Pledge" sikveli 2007-ci ilin avqustunda buraxılmış, məhdud dərəcədə uğur əldə etmişdir. == Geympleyi == "Special Force" hadisələrin İsrail və "Hizbullah" arasında baş tutmuş Cənubi Livan münaqişəsində cərəyan etdiyi birinci şəxs atıcıdır. "Hizbullah" bəzi ölkələr tərəfindən terror təşkilatı kimi tanınan Livan silahlı qruplaşmasıdır.
Caspian Engineering Solutions
Caspian Engineering Solutions (CES) — MMC Azərbaycanın aparıcı yoxlama, sınaq və laboratoriya xidmətləri göstərən şirkət. == Haqqında == Şirkət 500-dən çox fərqli sınaqlar həyata keçirdiyi sənaye obyektlərinin, neft və qaz emalı zavodlarının, platformaların və terminallarının yenidən qurulması və tikintisi layihələrində uzunmüddətli təcrübəyə malikdir. Eyni zamanda CES-in labaratoriyalarında bütün növ geologiya, beton, qrunt, metal konstruksiya, o cümlədən qeyri-dağıdıcı üsul ilə testlər, defektoskopiya, radioqrafiya, ultrasəs, termiki emal və s. sınaqları həyata keçirilir. Hal-hazırda müvafiq sınaqları “Cənub Qafqaz Boru Kəməri layihəsi”ndə Saipem S.A şirkəti, “Şahdəniz 2 layihəsi”ndə Azfen B.M və BP şirkətləri üçün, SOCAR-ın bir neçə neft və qaz emalı zavodlarında, Gübrə istehsalı (Karbomid) zavodunun tikintisində Samsung Engineering şirkəti üçün, Azərkimya İ.B-də “Ep-300 qurğusunun tikintisi layihəsi”ndə Ustay və Technip şirkətləri üçün aparılır. 15 ildən artıq qaynaq, metallurgiya ve inşaat mühəndislərindən ibarət komandası olan Caspian Engineering Solutions şirkəti rəqabətqabiliyyətli xidmətlər təklif etməkdədir. CES şirkətinin Avropa və ABŞ şirkətlərində təcrübə qazanmış işçi heyətinin peşəkarlığı regionun tikinti və mühəndislik bazarında göstərdiyi keyfiyyətli xidmətin göstəricisidir. Yuxarıda qeyd olunan xidmətlər ən müasir standardlara cavab verir və yerli bazar qiymətlərinə uyğundur. CES-in məqsədi keyfiyyətinə zəmanət verdiyi xidmətləri daha da genişləndirərək irimiqyaslı layihələrdə digər şirkət və qurumları ilə əməkdaşlıq etməkdir. Şirkətin yuxarıda qeyd olunan xidmətlər üçün test prosedurları, akkreditasiya sənədləri, avadanlıq siyahısı və kalibrasiya sertifikatları və cümlədən ISO 9001, ISO 18001 və ISO 14001 sertifikatları vardır.
Brute-Force hücumu
Brute-Force hücumu — Güclü məlumat axının təsiri ilə e-poçt, sosial şəbəkə və s. hesab şifrələrinin qırılmasına kömək edən hücum üsulludur. == Haqqında == Brute-Force hücumu daxilində şifrə haqqında heç bir məlumat məlum deyil. Sadəcə bəlli bir ardıcılığın köməyi ilə şifrə sürətli məlumat axınının təsiri ilə qırılır. (məsələn: 121121, 121122, 121123, 121124, 121125, 121126, 121127, 121128, 121129, 121130 və s. Bu ardıcılığlar internetin sürəti ilə sürətlənir: Internet sürəti 128kb/san olarsa, səhifənin həcmi 12kb olarsa. 128:12=10 belə olduqda saniyədə 10 şifrə yoxlanır.) Bu hücum iki formaya bölmək olar: Əl ilə və ya Xüsusi şifrə ardıcılığı daşıyan faylın köməyi ilə. Şifrə qırıldığda fayla siqnal ötürülür və əməliyyat dayanır. Brute-Force hücumundan şifrə nə güclü (8-64) olarsa, qırılma müddəti o qədərdə artacaq. Şifrə ardıcılığı daşıyan fayl nə qədər böyük olarsa, sistem o qədər sizin qarşınızda zəif olacaqdır.
İnternet protokolu
İnternet protokolu və ya IP protokolu (ing. Internet Protocol) – İnternet qovşaqları (NODE) arasında məlumatların ötürülməsinə və yönləndirilməsinə (marşrutlanmasına) cavabdeh olan şəbəkə səviyyəli protokol (TCP/IP protokollarının bir hissəsi). RFC 791 sənədlərində təsvir olunub. Verilənlərin uc sistemlər və yönləndiricilər (ROUTER) arasında ötürülən paketlərə bölünmə qaydalarını müəyyən edir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnternet 2
İnternet2 (ing. Internet2) — araşdırma və təhsil icmaları, sənaye və hökumət tərəfindən idarə olunan qeyri-kommersiya məqsədli ABŞ kompüter şəbəkəsi konsorsiumudur. İnternet2 konsorsiumunun baş ofisi Miçiqanın Ann-Arbor şəhərində yerləşir. Vaşinqton və Kaliforniyanın Emerivill şəhərlərində isə ofisləri mövcuddur. 2013-cü ilin noyabr ayından etibarən "İnternet2"-nin 500-dən çox üzvü var. Bunlara 251 ali təhsil müəssisəsi, müxtəlif sektorlardan 9 tərəfdaş ilə 76 sənaye, 100-dən çox tədqiqat və təhsil şəbəkəsi və ya əlaqələndirici təşkilat, həmçinin 67 əlavə üzv daxildir. "İnternet2" layihəsi "Internet2 Network" şəbəkəsini idarə edir. Bu tədqiqat və təhsil üçün şəbəkə xidmətləri təqdim edən fiber-optikdən istifadə edən internet protokolu şəbəkəsidir. Bu layihə həmçinin təhlükəsiz şəbəkə testi və tədqiqat mühiti təmin edir. 2007-ci ilin sonunda "İnternet2" özünün ən yeni dinamik sxem şəbəkəsi olan "Internet2 DCN"-i işə salmışdır.
İnternet asılılığı
İnternet-asılılıq (en. Internet аddiction) – psixi nasazlıq, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. İnternet-asılılıq müasir dövrdə çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, İnternet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir. İnternet-asılılıq anlayışı ilk dəfə 1994-cü ildə psixiator Kimberli Yanq tərəfindən söylənilmişdir. 1997-1998-ci illərdə bu problemlə əlaqədar tədqiqat və məsləhətçi-dioqnostik xidmətlər yaradılmışdır.
İnternet portalı
İnternet portalı həmçinin veb-portal — e-poçtlar, onlayn forumlar və axtarış mühərrikləri kimi müxtəlif mənbələrdən məlumatları vahid şəkildə bir araya gətirən xüsusi hazırlanmış veb-sayt. Adətən, hər bir informasiya mənbəyi məlumatı göstərmək üçün səhifədə öz xüsusi sahəsinə malik olur. Çox vaxt istifadəçi onlardan hansıları göstərmək üçün tələb olunan konfiqurasiyanı tətbiq edə bilər. Portalların variantlarına rəhbərlər və menecerlər tərəfindən istifadə edilməsi üçün meşap və intranet panelləri daxildir. Məzmunun "vahid şəkildə" nümayiş etdirilmə dərəcəsi nəzərdə tutulan istifadəçidən, məqsəddən və məzmunun müxtəlifliyindən asılı ola bilər. Çox vaxt dizaynda məzmunun təqdimatını konfiqurasiya etmək və fərdiləşdirmək üçün müəyyən bir "metafora"lara, seçilmiş icra çərçivəsi və ya kod kitabxanalarına vurğu edilir. Bundan əlavə, istifadəçinin təşkilatdakı rolu hansı məzmunun portala əlavə oluna biləcəyini və ya portal konfiqurasiyasından silinə biləcəyini müəyyən edə bilər. Portal istifadəçilərə intranet məzmununu axtarışa verməsi üçün axtarış mühərrikinin tətbiqi proqramlaşdırma interfeysindən (API) istifadə edə bilər. Hansı domenlərin axtarıla biləcəyini məhdudlaşdırmaqla ekstranet məzmunundan fərqli olaraq həyata keçirilir. Bu ümumi axtarış mühərrikləri xüsusiyyətindən başqa, veb-portallar e-poçt, xəbərlər, birja kotirovkaları, verilənlər bazalarından məlumat və əyləncə məzmunu kimi digər xidmətlər də təklif edə bilər.
İnternet tarixi
İnternet tarixi — informasiya nəzəriyyəsindən, alim və mühəndislərin kompüter şəbəkələrini qurmaq və bir-birinə bağlamaq səylərindən qaynaqlanır. İnternetdə şəbəkələr və qurğular arasında əlaqə yaratmaq üçün istifadə edilən qaydalar toplusu olan TCP/IP ABŞ-də aparılan tədqiqat və təkmilləşdirmə nəticəsində yaranmışdır. Bunun əsasında beynəlxalq əməkdaşlıq yaranmış, xüsusən də Birləşmiş Krallıq və Fransadakı tədqiqatçılar cəlb edilmişdir. İnformatika 1950-ci illərin sonlarında kompüter istifadəçiləri arasında vaxt mübadiləsini və daha sonra geniş ərazi şəbəkələrində buna nail olmaq imkanlarını nəzərdən keçirən fəndir. Cozef Karl Robnett Liklayder universal şəbəkə ideyasını ABŞ Müdafiə Nazirliyinin (DoD) Qabaqcıl Tədqiqat Layihələri Agentliyinin (ARPA) İnformasiya Emalı Texnikaları Ofisində (IPTO) işləyib hazırlamışdı. "RAND Corporation"dan Pol Beran 1960-cı illərin əvvəllərində mesaj bloklarındakı məlumatlara əsaslanan paylanmış şəbəkə layihəsini təklif etmiş, Donald Devis 1965-ci ildə Milli Fiziki Laboratoriyada (NPL) Birləşmiş Krallıqda milli kommersiya məlumat şəbəkəsini irəli sürərək paket kommutasiyasını yaratmışdır. ARPA 1969-cu ildə Robert Teylor tərəfindən idarə olunan və Lourens Roberts tərəfindən idarə olunan ARPANET layihəsinin inkişafı üçün müqavilələr bağlamışdır. ARPANET 1970-ci illərin əvvəllərində Los-Anceles Kaliforniya Universitetində Leonard Kleynrok tərəfindən riyazi iş ilə dəstəklənən Devis və Beran tərəfindən təklif olunan paket kommutasiya texnologiyasını qəbul etmişdir. Şəbəkə Bob Kan da daxil olduğu "Bolt, Beranek və Newman" komandaları tərəfindən qurulmuşdur. 1970-ci illərdə verilənlər şəbəkəsini tədqiq edən və təmin edən bir neçə erkən paket kommutasiya şəbəkəsi meydana çıxmışdır.
Həbsxanalarda internet
Həbsxanalarda internet — həbsxana şəraitində məhkumların internetdən istifadə etməsi. Həbsxanalarda internetdən istifadə məhbuslara xarici dünya ilə kommunikasiya qurmağa imkan verir. Həbsxanalarda telefondan istifadə hallarında olduğu kimi nəzarət altında internetdən müxtəlif məqsədlər üçün istifadə etmək hüququ ABŞ-nin 49 islah sistemində və Kanadanın beş vilayətində təsdiqlənmişdir. Havay, Ayova, Nebraska və Nevada istisna olmaqla, hesabat verən ABŞ sistemlərinin hər biri və Kanadanın hesabat verən beş vilayətinin hamısı məhbusların təhsil proqramlarını işə salmaq üçün kompüterlərdən istifadə edir. Teletibb vasitəsilə məhbusların sağlamlıq problemlərini həll etmək üçün 36 hesabat verən ABŞ sistemi var. Həbsxanada cib telefonlarından istifadə etmək hallarında olduğu kimi nəzarətsiz formada smartfon, şəxsi notbuk və planşet vasitəsilə internetə çıxış bütün məhbuslar üçün qadağandır. == Ölkələr üzrə == === Avstraliya === Məhkumların kompüter qurğularına və internet resurslarına çıxışı Avstraliyada yurisdiksiyalara görə dəyişir. Bəzi ştatlarda fərdi kompüter qabiliyyətinə malik cihazların həbsxana kameralarında istifadəsinə icazə verilir, bəzilərində idarə olunan formada internetə çıxış təmin edilir, digər ştatlarda isə bütün mövcud cihazlar geri alınır. Kompüterlərdən istifadə ümumiyyətlə təhsil, qanuni məqsədlər və idarə olunan reinteqrasiya üçündür. Bu siyasətin əsası təhsil və ya hüquqi məqsədlər üçün kompüterdən istifadəyə ehtiyacı olan bütün məhbusların əlverişsiz vəziyyətdə qalmamasını təmin etməkdir.
İnternet aktivizm
İnternet aktivizmi, vətəndaşların internet vasitəsilə cəmiyyət, siyasi proseslər və insan haqları ilə bağlı məsələlərə diqqət çəkmək, fikirlərini ifadə etmək və fəaliyyətlər təşkil etmək üçün istifadə etdiyi bir hərəkətdir. Bu fəaliyyət bir çox şəkildə ifadə oluna bilər, ona görə də ənənəvi aktivizmdən fərqli olsa da, fəaliyyət göstərən insanlar və qruplar eyni məqsədlər üçün bir araya gəlir və sosial şəbəkələr, bloqlar, onlayn forumlar, e-petisiyalar, veb-saytlar və s. kimi internet vasitələri ilə məsajlarını və məqsədlərini paylaşırlar. İnternet aktivizminin əsas məqsədlərindən biri insan haqlarının müdafiəsi və pozulmuş haqların ifşa edilməsidir. İnternet vasitəsilə aktivistlər və təşkilatlar, təhlükəli və qarşısının alınmasının mümkün olduğu məsələləri günü işıqlandıraraq diqqəti çəkməyə çalışırlar. Buna nümunə olaraq, vətəndaşlar internet vasitəsilə insan haqları pozuntularını ifşa edə bilirlər və bu sayədə dünya ictimaiyyəti bu məsələlərlə tanış ola bilər. İnternet aktivizmi bəzən təhlükələr ilə qarşılaşır, çünki hakim dövlətlər və başqa təhlükəli füqurlar aktivistləri izləyə, təhdid edə və hətta cəzalandıra bilərlər. İnternet aktivizmi, cəmiyyətin fərqli sahələrində və məsələlərində fikirlərini ifadə etmək və dəyişikliklər etmək istəyən insanlar üçün güclü bir alətdir.İnternet aktivizmi həm siyasi həm də mədəni inkişaf məsələlərinə diqqət çəkmək üçün istifadə edilir. Bu, onun qlobal məsələlərlə bağlı, habelə yerli cəmiyyətlərin maraqlarını qorumağa və onların inkişafına yardım etməyə nail olur. İnternet aktivistləri öz fikirlərini paylaşmaq, təşkilatlarını və həmçinin insanları bir araya gətirmək üçün onlayn vasitələrdən faydalanırlar.
İnternet aktivizmi
İnternet aktivizmi, vətəndaşların internet vasitəsilə cəmiyyət, siyasi proseslər və insan haqları ilə bağlı məsələlərə diqqət çəkmək, fikirlərini ifadə etmək və fəaliyyətlər təşkil etmək üçün istifadə etdiyi bir hərəkətdir. Bu fəaliyyət bir çox şəkildə ifadə oluna bilər, ona görə də ənənəvi aktivizmdən fərqli olsa da, fəaliyyət göstərən insanlar və qruplar eyni məqsədlər üçün bir araya gəlir və sosial şəbəkələr, bloqlar, onlayn forumlar, e-petisiyalar, veb-saytlar və s. kimi internet vasitələri ilə məsajlarını və məqsədlərini paylaşırlar. İnternet aktivizminin əsas məqsədlərindən biri insan haqlarının müdafiəsi və pozulmuş haqların ifşa edilməsidir. İnternet vasitəsilə aktivistlər və təşkilatlar, təhlükəli və qarşısının alınmasının mümkün olduğu məsələləri günü işıqlandıraraq diqqəti çəkməyə çalışırlar. Buna nümunə olaraq, vətəndaşlar internet vasitəsilə insan haqları pozuntularını ifşa edə bilirlər və bu sayədə dünya ictimaiyyəti bu məsələlərlə tanış ola bilər. İnternet aktivizmi bəzən təhlükələr ilə qarşılaşır, çünki hakim dövlətlər və başqa təhlükəli füqurlar aktivistləri izləyə, təhdid edə və hətta cəzalandıra bilərlər. İnternet aktivizmi, cəmiyyətin fərqli sahələrində və məsələlərində fikirlərini ifadə etmək və dəyişikliklər etmək istəyən insanlar üçün güclü bir alətdir.İnternet aktivizmi həm siyasi həm də mədəni inkişaf məsələlərinə diqqət çəkmək üçün istifadə edilir. Bu, onun qlobal məsələlərlə bağlı, habelə yerli cəmiyyətlərin maraqlarını qorumağa və onların inkişafına yardım etməyə nail olur. İnternet aktivistləri öz fikirlərini paylaşmaq, təşkilatlarını və həmçinin insanları bir araya gətirmək üçün onlayn vasitələrdən faydalanırlar.
İnternet bankçılığı
Onlayn bankçılıq, və ya internet bankçılığı, virtual bankçılıq, veb-bankçılıq — bankın və ya digər maliyyə institutunun müştərilərinə maliyyə institutunun veb-saytı və ya mobil proqramı vasitəsilə bir sıra maliyyə əməliyyatlarını həyata keçirməyə imkan verən sistem. Bu, 2000-ci illərin əvvəlindən müştərilərin bank hesablarına daxil olmalarının ən geniş yayılmış yolu olmuşdur. Onlayn bankçılıq sistemi adətən bank xidmətlərinə çıxışı təmin etmək üçün bank tərəfindən idarə olunan əsas bank sisteminə qoşulur və ya onun bir hissəsi olur. Onlayn bankçılıq filial şəbəkəsindən asılılığı azaldaraq bankların əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır və bəzi müştərilərə filiala getmə ehtiyacını azaldaraq, hətta filiallar bağlı olduqda belə bank əməliyyatlarını həyata keçirmək imkanı verir. İnternet bankçılığı elektron ödənişlərin edilməsi, hesab qalıqlarına baxmaq, çıxarışların alınması, son əməliyyatların yoxlanılması və hesablar arasında pul köçürməsi kimi funksiyaları təklif edən fərdi və korporativ bankçılıq xidmətləri təqdim edir. Bəzi banklar tamamilə internet və ya internet və telefon vasitəsilə fəaliyyət göstərirlər, heç bir fiziki filialı olmadan öz onlayn bankçılıq imkanlarına tam etibar edirlər. Bu banklara "birbaşa bank" və ya "neobank" deyilir. Müasir onlayn bankçılıq xidmətlərinin prekursoru 1980-ci illərin əvvəllərindən elektron formada və telefon vasitəsilə fəaliyyət göstərən distant bankçılıq olmuşdur. "Onlayn" termini 1980-ci illərin sonlarında populyarlaşdı və telefon xətti ilə bank sisteminə daxil olmaq üçün terminal, klaviatura və televizor və ya monitordan istifadəni nəzərdə tuturdu. "Ev bankçılığı" həmçinin, banka təlimatlarla telefon xəttinə səs tonları göndərmək üçün rəqəmsal klaviaturadan istifadəyə də aid ola bilər.
İnternet botu
İnternet botu və ya qısaca bot — İnternet üzərindən avtomatlaşdırılmış tapşırıqları (skriptləri) icra edən proqram təminatı. İnternet botu müştəri-server modelində müştəri rolunu oynayır, halbuki server rolunu adətən veb-serverlər oynayır. İnternet botları sadə və təkrarlanan tapşırıqları bir insanın edə biləcəyindən daha sürətli yerinə yetirməyə qadirdir. Botların ən geniş istifadəsi veb axtarış, yəni avtomatlaşdırılmış skriptin veb-serverlərdən məlumatı götürməsi, təhlil etməsi üçündür. Ümumi veb trafikin yarısından çoxu botlar tərəfindən yaradılır. Veb serverlərinin botları məhdudlaşdırmaq cəhdləri fərqlidir. Bəzi serverlərdə həmin serverdə bot davranışını tənzimləyən qaydaları ehtiva edən robots.txt faylı var. Qaydalara əməl etməyən istənilən botun veb-sayta girişi qadağan edilə bilər. Göndərilən mətn faylında əlaqəli proqram/tətbiq yoxdursa, qaydalara riayət etmək tamamilə könüllüdür. Çünki qaydaları tətbiq etmək və ya botun yaradıcısı və ya icraçısının robots.txt faylını oxumasını və ya onu tanımasını təmin etmək üçün heç bir yol olmayacaq.
İnternet estetikası
İnternet estetikası və ya mikroestetika — bəzən moda üslubu, submədəniyyət və ya musiqi janrı ilə müşayiət olunan, adətən internetdən yaranan və ya onun üzərində populyarlaşan vizual sənət üslubu. 2010-cu və 2020-ci illər ərzində onlayn estetika xüsusilə "Tumblr", "Pinterest", "Instagram" və "TikTok" kimi sosial media platformalarında artan populyarlıq qazanmış, tez-tez insanlar tərəfindən fərdiliyini və yaradıcılığını ifadə etmək üçün istifadə olunmuşdur. Onlar eyni maraqları bölüşən insanlar arasında icma və aidiyyət hissi yaratmaq üçün də istifadə edilə bilər. Estetika termini "akademik mənşəyindən tamamilə ayrılmış" kimi təsvir edilmişdir və ümumiyyətlə sifət kimi istifadə olunur. İnternet estetikası vizual üslubu ilə xarakterizə olunur və müəyyən edilir. "Vogue" əməkdaşı Sara Spellinqs qeyd etmişdir: "The Atlantic" əməkdaşı Ketlin Tiffeni bildirmişdir: Estetika üçün bir çox adlar, "The Washington Post"a görə, "hardkor" sözündən yaranan "-kor" kimi şəkilçilərdən istifadə edilir. "Dark academia", "Cottagecore", "Art Hoe", "Coquette/Nymphet" və "Weirdcore" kimi internet estetikası hesab olunan cərəyanlar "Tumblr"da yaranmışdır. "Fandom"da yerləşdirilən "Estetika Viki" onlayn estetika ilə bağlı geniş məlumat bazasına sahib olduğuna görə tez-tez istinad edilir. "The Atlantic"ə görə, viki 2020-ci ildə trafikdə 9,974% artım əldə etmişdir. 2022-ci ildə "Vox" jurnalisti Rebekka Cenninqs "TikTok"dan bir çox trendin bir trend altına düşdüyü fikrini müdafiə etmişdi.
İnternet filtri
İnternet filtri — İnternet istifadəçisinin daxil ola biləcəyi məzmunu məhdudlaşdıran və ya nəzarət edən, xüsusən də WWW, E-poçt və ya digər vasitələrlə internet üzərindən çatdırılan materialı məhdudlaşdırmaq üçün istifadə edilən proqram təminatı. Məzmuna nəzarət proqramı hansı məzmuna icazə veriləcəyini və ya bloklanacağını müəyyən edir. Bu cür məhdudiyyətlər müxtəlif səviyyələrdə tətbiq oluna bilər: hökumət onları ölkə miqyasında tətbiq etməyə cəhd edə bilər (bax: İnternet senzurası) və ya İnternet xidmət provayderi öz müştərilərinə, işəgötürən öz işçilərinə, məktəb rəhbərliyi şagirdlərə, kitabxana ziyarətçilərə, valideyn uşağının kompüterinə və ya fərdi istifadəçilər öz kompüterlərinə. Məqsəd çox vaxt kompüterin sahibinin və ya digərlərinin etiraz edə biləcəyi məzmuna çıxışın qarşısını almaqdır. Məzmunun bloklanması istifadəçinin razılığı olmadan tətbiq edildikdə internet senzurasının bir forması kimi xarakterizə edilə bilər. Bəzi proqram təminatları valideynlərə uşağın İnternetə daxil olmasına, oyun oynamağa və ya digər kompüter fəaliyyətlərinə sərf edə biləcəyi vaxtın miqdarını təyin etmək icazəsi verən vaxta nəzarət funksiyalarını ehtiva edir. Bəzi ölkələrdə bu cür proqram təminatı hər yerdə mövcuddur. Kubada hökumətin nəzarətində olan internet-kafedə kompüter istifadəçisi müəyyən sözləri yazarsa, mətn prosessoru və ya veb-brauzer avtomatik olaraq bağlanır və "dövlət təhlükəsizliyi" xəbərdarlığı verilir. "Məzmuna nəzarət" termini bəzən CNN, Playboy jurnalı, San Francisco Chronicle və The New York Times tərəfindən istifadə olunur. Bununla belə, "məzmun filtri proqramı", "proksi serverlərin filtrlənməsi", "təhlükəsiz veb şlüzləri", "senzura proqramı", "məzmun təhlükəsizliyi və nəzarəti", "veb filtrləmə proqramı", "məzmun senzura proqramı" və "məzmun bloklama proqramı" kimi ifadələr də tez-tez istifadə olunur.
İnternet linqvistikası
İnternet linqvistikası — İngiltərə linqvisti Devid Kristalın tərəfdarı olduğu dilçilik sahəsi. Bu, internetin və qısa mesaj xidməti (SMS) mətn mesajlaşması kimi digər yeni medianın təsiri altında yaranan yeni dil üslublarını və formalarını öyrənir. Kompüter vasitəçiliyi (CMC) və internet vasitəçiliyi ilə ünsiyyətə (IMC) gətirib çıxaran insan–kompüter qarşılıqlı əlaqəsi (HCI) başlayandan bəri Qretçen MakKalok kimi ekspertlər linqvistikanın veb-interfeys və istifadənin şərtləri baxımından bunda mühüm rol oynadığını etiraf etmişdilər. İnternetdə yaranan dili öyrənmək konseptual təşkili, tərcüməni və vebdən istifadəni yaxşılaşdırmağa kömək edə bilər. Bu cür araşdırma həm linqvistlərə, həm də veb-istifadəçilərə birlikdə fayda gətirməyi hədəfləyir. İnternet linqvistikasının öyrənilməsi dörd əsas perspektiv vasitəsilə həyata keçirilə bilər: sosial linqvistika, təhsil, stilistika və tətbiqi linqvistika. Sonrakı texnoloji irəliləyişlər nəticəsində, o cümlədən internetin korpus kimi inkişafı və internetin yayılmasının gətirdiyi stilistik variasiyaların kütləvi informasiya vasitələri və ədəbi əsərlər vasitəsilə yayılması və təsiri nəticəsində inkişaf etmişdir. İnternetə qoşulan istifadəçilərin sayının artması nəzərə alınmaqla, internetin linqvistik gələcəyini müəyyən etmək hədəf olaraq qalır. Çünki yeni kompüter vasitəçiliyi texnologiyaları yaranmağa davam edir və insanlar dillərini bu yeni mediaya uyğunlaşdırmağa davam edirlər. İnternet həm insanları həvəsləndirməkdə, həm də diqqəti dillərin istifadəsindən yayındırmaqda mühüm rol oynamaqda davam edir.
İnternet metaforları
İnternet metaforları internet istifadəçilərinə və tədqiqatçılarına onun müxtəlif funksiyalarını, istifadələrini və təcrübələrini başa düşmək və çatdırmaq üçün struktur təmin edir. Metaforlardan istifadənin üstünlüyü ondan ibarətdir ki, onlar fərdlərə məhdud təcrübəyə malik olduqları mücərrəd konsepsiya və ya hadisəni fəzada fiziki hərəkət kimi konkret, yaxşı başa düşülən konsepsiya ilə müqayisə edərək təsəvvür etməyə imkan verir. İnterneti təsvir etmək üçün metaforlar yarandığı gündən istifadə edilmişdir və internetin məqsədləri və parametrləri hələ də aydın olmayan bir zamanda internetin hamı tərəfindən başa düşülməsi ehtiyacından irəli gəlir. Metaforlar internet infrastrukturunun görünməzliyi və qeyri-maddi problemlərinin öhdəsindən gəlməyə və hərfi ifadələrin olmadığı linqvistik boşluqları doldurmağa kömək edir. Magistral yollar, şəbəkələr, buludlar, matrislər, sərhədlər, dəmir yolları, dalğalar, kitabxanalar, ticarət mərkəzləri və kənd meydanları internet müzakirələrində istifadə olunan metafor nümunələridir. Zaman keçdikcə bu metaforlar mədəni kommunikasiyalara daxil olub, internetin gələcək inkişafına rəhbərlik edən istifadəçilərin idrak çərçivələrini və qavrayışlarını şüuraltı şəkildə formalaşdırıb. Populyar metaforlar həm də internet dizaynerlərinin niyyətlərini və ya hökumət rəsmilərinin fikirlərini əks etdirə bilər. İnternet tədqiqatçıları, məşhur metaforların internetin reallıqlarını düzgün əks etdirmədiyini müəyyən etmək üçün tez-tez yenidən nəzərdən keçirilməli olduğu ilə razılaşırlar, lakin bir çoxları hansı metaforların saxlanmalı və hansının geridə qalmalı olduğuna dair razılaşmırlar. İnternet metaforları gələcək fəaliyyət və internetin bir fərdi və cəmiyyət səviyyəsində imkanlarının qavrayışını istiqamətləndirir. İnternet metaforları mübahisəlidir və bəzən siyasi, təhsil və idraki məsələləri təqdim edə bilərlər.
İnternet milliyətçiliyi
İnternet milliyətçiliyi (kiber-milliyətçilik, onlayn milliyətçilik) — öz fəaliyyətini internet üzərində quran milliyətçilik. İnternet milliyətçiliyinin müxtəlif aspektləri var ki, bu da təbliğatın bir hissəsi kimi hökumətə kömək edə bilər. Sosial bir fenomen olaraq, kiber-milliyətçilik internetdə toplaşan milliyətçi qruplardır. Onlar tez-tez digər ölkələrə qarşı təhqiredici hərəkətlər edir, məsələn, xakerlik və seçkilərə təsir göstərməyə çalışırlar. Bu fenomenə Yaponiya, Rusiya və Çin kimi bir çox ölkədə rast gəlmək olar. İnternet fiziki sərhədlər olmadan ünsiyyət qurmağı asanlaşdırır. Rəqəmsallaşdırma vasitəsilə müxtəlif ölkələrdə yaşayan insanlar əvvəlkindən daha yaxşı ünsiyyət qura bilirlər. Bir zamanlar homofillərin bir araya gəlməsinə mane olan fiziki sərhədlərin internetdə olmadığı, eyni düşüncəli insanların görüşməsinə və siyasi və ya sosial cəhətdən səfərbər olmasına imkan verdiyi nəzəriyyəsi irəli sürülür, halbuki internetdən əvvəl onlar bunu edə bilmirdilər. Digərləri isə bu fikrin idealist olduğunu iddia edirdilər. İnternetdəki istifadəçilər gözləniləndən fərqli olaraq bir-birlərinə qarşı güclü nifrət hissi keçirirlər.